Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Morningstar: "James Warlickin çox yaxşı həmsədr olacağını bilirəm”


Richard Morningstar
Richard Morningstar
“Diplomat James Warlicki yaxşı tanıyıram.O, çox təcrübəli və peşəkar diplomatdır, bir müddət əvvəl Bolqarıstanda səfir olub, Dövlət Departamentinin Əfqanıstan üzrə bürosunda çalışıb. Mən onunla yaxından əməkdaşlıq elmişəm və onun çox yaxşı həmsədr olacağını bilirəm”.

APA-nınməlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib.

Morningstar, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliklərə ümidlə yanaşıdığını və ölkəsinin bu yöndə səyləri davam edəcəyini bildirib.Səfir azərbaycanlılar üçün ağrılı olan bu münaqişənin tezliklə həllinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, James Warlicki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri təyin edilib.
XS
SM
MD
LG