Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 23:00

Amerikalı senatorlar Misir liderlərini milli dialoqa çağırıblar


John McCain və Lindsey Graham
Qahirəyə səfər edən ABŞ senatorları hərbçilərin dəstəklədiyi müvəqqəti hökuməti bütün siyasi məhbusları azad etməyə çağırıblar.John McCainlə Lindsey Graham mətbuat konfransında Müsəlman qardaşları hərəkatı da daxil olmaqla milli dialoqa çağırıblar.

İyulun 3-də Müsəlman qardaşları hərəkatını təmsil edən islamçı prezident Mohammad Morsi hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb. Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.
XS
SM
MD
LG