Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 04:57

Türkiyənin keçmiş ordu komandanı İlker Başbuğ ömürlük həbsə məhkum edildi [Video]


Baş nazir Tayyip Erdoğan və general İlker Başbuğ
Türkiyədə cevrilişə cəhddə ittiham olunanlar barədə ilk hökmlər çıxarılıb. Məlumatlara görə, ordu komandanı İlker Başbuğ, habelə Hurşit Tolon, Şener Eruyğur, Hasan Iğsız, Nüsret Taşdeler, Veli Küçük, Dursun Çiçek, Doğu Perinçek, vəkil Kamal Kerinçsiz və jurnalist Tuncay Özkan ömürlük azadlıqdan məhrum ediliblər. Bundan başqa bir neçə nəfər 20 ilədək həbs cəzasına məhkum edilib, 21 nəfərsə bəraət qazanıb.

Bu işlə bağlı 275 adam həbs edilib. Onlar 2003-cü ildə baş nazir Recep Tayyip Erdoğan hökumətini devirməyə cəhddə ittiham olunurlar.


Məhkəmə binasının ətrafına xüsusi təyinatlı polislər və dəmir sədlər düzülüb.

Məlumatlara görə, bir qrup adam binanın ətrafında etiraz aksiyası keçirməyə cəhd göstərərkən polislə qarşıdurma yaranıb.

Məhkəmə İstanbulun Silivri rayonunda keçirilir. Dünyəvi müxalifət məhkəməni hökumətin tənqidçilərinə qarşı ov hesab edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG