Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 22:58

İran prezidentinin andiçməsidir


Hassan Rohani

İranın yeni prezidenti Hassan Rohani-nin bu gün Tehranda andiçməsi planlaşdırılıb. Ötən gün İranın ali dini lideri Ali Khamenei Rohani-ni bu ölkənin prezidenti postuna təsdiqləyib.
Andiçmə mərasiminin deputatlar və azı 52 ölkə nümayəndəsinin önündə keçirilməsi nəzərdə tutulub.

İran konstitusiyasına görə, Khamenei-nin təsdiqi ilə H. Rohani prezidentlik vəzifəsinin icrasına başlayıb.

Tədbirdə çıxış edən Rohani bildirib ki, iqtisadiyyatı stimullaşdırmaq üçün iranlılar kənd təsərrüfatı və sənayeni daha məhsuldar etməlidirlər. O, həmçinin nüvə proqramı ilə bağlı ölkəyə qoyulan iqtisadi sanksiyalara toxunub. Sanksiyaları aradan qaldırmaq üçün hökumətin milli maraqlardan çıxış edərək addımlar atdığını da bildirib.
XS
SM
MD
LG