Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

İlham Əliyevdən Barack Obama-ya təbrik


-
Prezident İlham Əliyev avqustun 3-də amerikalı həmkarı Barack Obama-nı ag günü münasibətilə təbrik edib.

Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat verilib.

Təbrik məktubunda İlham Əliyev Azərbaycanla ABŞ-ı möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edir:

«Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri almışdır. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir.

Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik. Bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik».

ABŞ-ın 44-cü prezidenti olan Barack Obama 1961-ci il avqustun 4-də anadan olub.
XS
SM
MD
LG