Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:31

Ana Vətən Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü


-
Avqustun 3-ü Bakının «Park Inn» otelində Ana Vətən Partiyasının VI qurultayı keçirilib.

Qurultayda hesabat məruzəsi ilə çıxış edən partiya sədri, deputat Fəzail Ağamalı prezident İlham Əliyevin xarici siyasətini təqdir edib. O bildirib ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək, modern SSRİ-yə üzv etmək istəyir:

«Biz Azərbaycanda o şəxsin hakimiyyətdə olmasının tərəfdarıyıq ki, o, Azərbaycana həqiqi mənada töhfə verir, dünya səviyyəsində tanınan güclü şəxsiyyətdir. Xarici qüvvələrə arxalanan rejissor Rüstəm İbrahimbəyovun və digər şəxslərin hakimiyyətə gəlməsi yolverilməzdir».

Ana Vətən Partiyası 9 oktyabr prezident seçkisində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib.

Fəzail Ağamalı yenidən partiya sədri seçilib.

Xəbəri apa yayıb.
XS
SM
MD
LG