Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 03:58

Hindistanın Əfqanıstandakı konsulluğuna hücum olub


Xəsarət alanlar arasında uşaqlar da var.
-
Hindistanın Əfqanıstandakı konsulluğuna intiharçıların hücumu nəticəsində azı 8 nəfərin öldüyü, 20-dən çox adamın yaralandığı bildirilir.

Xəsarət alanlar arasında uşaqlar da var.

Ölənlərin əksəriyyətinin yaxınlıqdakı məsciddə ibadət edənlər olduğu deyilir.

Hadisə zamanı Hindistan vətəndaşları xəsarət almayıb.

Hücum edənlərdən üçü minalanmış avtomobilləri konsulluğun binasına tərəf sürərək mexanizmi işə salıblar.

Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb.

Hindistanın Əfqanıstandakı nümayəndəliyinə əvvəllər də hücum olub.

2008-2009-cu illərdə bu ölkənin Kabildəki səfirliyinə edilən hücumlar zamanı onlarla adam ölmüşdü.
XS
SM
MD
LG