Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:11

Misir polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib


Qahirədə etiraz
Qahirədə etiraz
Misir polisi bu gün paytaxt Qahirədə devrilmiş prezident Mohammad Morsinin etiraz aksiyasına çıxan tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

ABŞ Dövlət katibinin müavini William Burns isə bu gün Qahirəyə gedir.Bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yatyıb.

O səfər zamanı Misirin müvəqqəti xarici Nabil Fahmy ilə görüşəcək.Onun həmçinin ölkədəki hərbi çevrilişə başçılıq edən ordu komandanı Fattah al Sisi ilə görüşü gözlənilir.

Misirin keçmiş islamçı prezidenti Mohammad Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb. Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.
XS
SM
MD
LG