Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:48
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi kiçik çaplı topların istehsalına başlayacaq. APA-nın məlumatına görə, nazirlik hazırda Cənubi Afrika Respublikasının hələlik adı açıqlanmayan şirkəti ilə 20, 23 və 30 mm-lik topların birgə istehsalı üzərində işləyir.

Topların istehsalına 2014-cü ildə başlanacağı gözlənilir. Bu toplar döyüş maşınları və helikopterlərdə tətbiq ediləcək.

Qeyd edək ki, nazirlik hazırda müxtəlif silah və texnikaların istehsalı sahəsində Cənubi Afrika Respublikası ilə əməkdaşlıq edir.
XS
SM
MD
LG