Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:32

ABŞ səfirliyindən Əli Həsənova cavab gəldi


Əli Həsənov
Əli Həsənov
-
«Bir sıra hallarda hər hansı dövlətdə beynəlxalq təşkilatlar tərəfindən seçkiləri dəyərləndirmək üçün istifadə olunan metodika digər dövlətlərin maraqlarından irəli gələrək tətbiq olunur».

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 30-da Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyaları üçün keçirilən seminarda deyib.

100 QHT-YƏ 200 MİLYARD DOLLAR?

Ə.Həsənovun fikrincə, dünyada 100-dək QHT ABŞ Konqresinin qərarı ilə yaradılıb və ildə onlara 200 milyard dollaradək maliyyə vəsaiti yönəldilir:

«Bu maliyyə vəsaitinin yönəldilməsinin məqsədini bir ABŞ, bir də həmin QHT-lər tərəfindən təzyiqə məruz qalan ölkələr bilir. Bəzi hallarda xarici ölkələrə açıq müdaxilələr edilir, onların qanuni seçilmiş prezidenti devrilir, varidatları ələ keçirilir».

PA rəsmisinin dediyinə görə, Azərbaycan zaman-zaman bəzi dəyərləndirmələrə qarşı çıxıb, bu dəyərləndirmələrdə subyektiv mülahizələrin, məqsəd və məramın olduğunu görüb və bu məramlar da kimlərinsə maraqlarından doğub:

«Sosialist sistemi dağılandan sonra bəzi ölkələr dünya xalqlarını, dövlətlərini öz təsirləri altına salmaq üçün digər yollara əl atdılar. Amma yeni dünya nizamında hər şey şəffaflaşdığından, dövlətlərin üzərinə gedərək onları işğal etmək çətinləşdiyindən QHT-lər vasitəsilə bu dövlətlərə təsir edərək beynəlxalq öhdəlikləri oturtmaq metodikasına əl atdılar».

SƏFİRLİYİN CAVABI

AzadlıqRadiosu ABŞ-ın Bakıdakı səfirliyindən Əli Həsənovun dediklərini şərh etməsini istəyib. Səfirlik avqustun 1-də sorğunu belə cavablandırıb:

«Seçkiləri monitorinq edən təşkilatlar da daxil olmaqla, Amerika hökumətinin dəstəklədiyi QHT-lər Azərbaycanda və bütün dünyada mülki cəmiyyətin işini və demokratik inkişafı dəstəkləyir. Bütün tərəfdaşlarımızdan işini şəffaf və işlədiyi ölkələrin qanuni tələblərinə tam uyğun qurmağı tələb edirik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG