Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 17:09

ABŞ İrana qarşı sanksiyaları kəskinləşdirir


Ağ ev
ABŞ-ın nümayəndələr palatası İrana qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edib.Sənəddə xüsusilə il ərzində İrandan neft ixracının gündə 1 milyon barel azaldılması nəzərdə tutulur.

Senatın bu məsələyə sentyabrda baxacağı gözlənilir.

Sənədin qəbulu yeni İran prezidenti Hasan Rouhaninin andiçmə məraqsiminə bir neçə gün qalmışa təsadüf edir.

ABŞ və bir sıra qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırırlar.Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG