Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 02:06

Azərbaycan əsgərinin özünü güllələdiyi deyilir


Azərbaycan əsgəri
-

Azərbaycan Ordusunun əsgəri Elşad Şahlar oğlu İsmayılovun özünü güllələdiyi deyilir.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin 19 yaşlı əsgərinin tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Məlumata görə, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Əsgər Elşad İsmayılov Goranboy rayonundan hərbi xidmətə çağırılıb.

Jurnalistlərin «Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, son 7 ay ərzində Azərbaycan Ordusunun 59 hərbçisi ölüb, 72-si yaralanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG