Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:50

Caz araşdırıcısı Rövşən Sənanoğlu vəfat edib


Rövşən Sənanoğlu (Mustafayev) BDU-da Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, iqtisadi informatika kafedrasının baş müəllimi idi.

O, 1956-cı ildə Bakıda anadan olub. 1973-cü ildə Bakıda 225 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1980-1983 illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxuyub.

1989-cü ildən Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları İnstitutunda mühəndis, Bakı Dövlət universitetində assistent və baş müəllim vəzifələrində işləyib.

Azərbaycanda Elektron Hökumətin yaradılması problemlərinin araşdırıb.
XS
SM
MD
LG