Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:14

Bir qrup gənc hakimiyyəti məsuliyyətli davranmağa çağırır


Arxiv foto
Arxiv foto
-

«2013-cü ilin Azərbaycanda prezident seçkisinin keçiriləcəyi il olmasına baxmayaraq, hazırda ölkədə azad və ədalətli seçki keçirmək üçün mühit yoxdur».

Bir qrup müxalif və müstəqil gənclər təşkilatlarının iyulun 30-da yaydığı bəyanatda bələ deyilir.

Bəyanat müəllifləri seçki mühitinin yoxa çıxmasını 2013-cü ilin əvvəlində kütləvi aksiyalarda iştirak edən gənclərin cərimələnməsi ilə başladığını bildirirlər:

«Biz, qondarma ittihamlarla həbs edilmiş gəncləri seçki məhbusları sayır, onların həbsdə olduqları təqdirdə keçiriləcək seçkiləri azad və ədalətli seçkilər olaraq tanıya bilməyəcəyimizi bəyan edirik».

Bəyanatda prezidentliyə namizəd olacağını bəyan etmiş İlqar Məmmədovun, Müsavat başqanının müavini Tofiq Yaqublu və müşaviri Yadigar Sadıqovun həbsdə olması pislənir:

«Biz, bunu hakimiyyətin öz rəqiblərini seçki mühitindən uzaqlaşdırması kimi qiymətləndiririk. Eyni zamanda, həm jurnalistlərin, həm məmur özbaşınalığına qarşı regionlarda keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərin, həm də dindarların hələ də həbsdə saxlanılmasını pisləyirik».

Gənclər prezident seçkiləri ərəfəsində hakimiyyəti tənqid edən jurnalistlərin intim görüntülərinin yayılmasını qətiyyətlə pisləyir, azad və ədalətli seçkilər keçirəcəyini bəyan edən ölkə üçün bunu utancverici hadisə kimi qiymətləndirir:

«Biz, hakimiyyəti seçkilər zamanı daha məsuliyyətli və mənəviyyatlı davranmağa səsləyirik».

Bəyanatı Müsavat, AXCP, VHP Gənclər təşkilatları və NİDA, Azad Gənclik, Dalğa Hərəkatı, Gənclər Klubu və Müsbət Dəyişiklik Gəncli Hərəkatı imzalayıb.
XS
SM
MD
LG