Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 16:05

Gənc fəallar azadlıqda - [Video]


-

İyulun 14-də həbs olunan və 15 sutka həbs cəzası alan 3 fəal - Ülvi Həsənli, Məcid MəcidliKənan Qasımlı azadlıqdadırlar. Onlar AzadlıqRadiosunun əməkdaşına deyiblər ki, qanunsuz həbs ediliblər. Bundan başqa, şəhərdə yaydıqları vərəqələrdə də qanunazidd heç nə olmayıb:

«Biz demişik ki, hakimiyyətin mənbəyi xalqdır və xalq hakimiyyəti dəyişə bilər».

Məcid Məcidli məhkəməni «tamaşa» adlandırıb.

Rəsmi məlumatda Məcid Məcidli, Ülvi Həsənli və Kənan Qasımlının ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə saxlandıqları deyilirdi.

Ülvi Həsənli Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, «Azad Gənclik» təşkilatının İdarə Heyətinin üzvüdür.

Məcid Məcidli «Azad Gənclik»in İdarə Heyətinin üzvü, Kənan Qasımlı «N!DA» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvüdür.

Bu il «N!DA»nın 7 üzvü həbs olunub. Onlar narkotik maddə və qanunsuz silah saxlamada təqsirli bilinirlər. Beynəlxalq qurumlar isə hakimiyyətin bu yolla fəal gəncləri susdurmaq istədiyini düşünür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG