Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 21:43

Azərbaycan Ordusunun əsgərinin özünü güllələdiyi deyilir



Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Məlumata görə, həmin hərbi hissənin əsgəri, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG