Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:41

Şəfiqə Axundova İkinci Fəxri Xiyabanda dəfn edildi


-
Xalq artisti Şəfiqə Axundova iyulun 27-də 3 saatlıq vida mərasimindən sonra İkinci Fəxri Xiyabanda dəfn edilib.

1924-cü ildə Şəki şəhərində anadan olan Şəfiqə Axundova 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirib. Həmin vaxt Üzeyir Hacıbəyov onun müəllimi olub.

1998-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə «Şöhrət» ordeni ilə təltif edilib. İyulun 11-də 1 saylı Şəhər Kliniki Xəstəxananın reanimasiya şöbəsindən köçürülən xalq artisti iyulun 26-da elə orda vəfat edib.

Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadındır.
XS
SM
MD
LG