Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:24

Novruz Məmmədov: Hanı ədalət?


Novruz Məmmədov
Novruz Məmmədov
-
«Beynəlxalq hüquq böhranı o dərəcədə dərinləşib ki, hətta iqtisadi və maliyyə böhranını da kölgədə qoyub».

Yap.org-ın məlumatına görə, bu fikirləri Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Onun fikrincə, Qərb bu reallığı etiraf etmək istəmir:

«Bu nə dərəcədə inandırıcıdır ki, Dağlıq Qarabağ problemi ilə bağlı 20 ildir danışıqlar aparan ATƏT, dünyanın üç aparıcı dövlətinin nümayəndələri heç nəyə nail ola bilmirlər?! Azərbaycan əraziləri 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. 1 milyon qaçqın və məcburi köçkünün hüquqları kobud şəkildə tapdalanır. Bizim həmsədr ölkələrin fəaliyyətindən narazı qalmağımız üçün xeyli fakt sadalamaq olar – onlar beynəlxalq hüquqa, onun norma və prinsiplərinə əsaslanan mövqe ortaya qoymur, daha çox öz maraqlarından çıxış edirlər».

Novruz Məmmədov qaynar nöqtələrin getdikcə artması, onların uzun müddət davam etməsini də beynəlxalq böhranın nəticəsi hesab edir:

«Bu gün dünyada ədalət böhranı hökm sürür, siyasi-diplomatik dillə desək, beynəlxalq hüquq böhranı. Qaynar nöqtələrin getdikcə artması, onların uzun müddət davam etməsi də beynəlxalq böhranın nəticəsidir».
XS
SM
MD
LG