Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

«Şah arvadı və Cadugər» romanı çapdan çıxıb


«Şah arvadı və Cadugər»
«Şah arvadı və Cadugər»
-
Azərbaycan tarixinin maraqlı dövrünə işıq tutan tarixi roman yazılıb.

Yazıçı-publisist, türkoloq Yunus Oğuzun «Şah arvadı və Cadugər» romanı çapdan çıxıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, əsər tarixi faktlar, maraqlı hadisələrlə zəngindir.

Romanda XVI əsrin tarixi hadisələrindən, I Şah Abbasın anası Xeyransa xanımdan söhbət açılır.

Xəbərdə vurğulanır ki, «Təhmasib şah» və «Nadir şah» romanları ilə müqayisədə «Şah arvadı və Cadugər» romanında müəllif daha çox yazıçıdır.

Romana «Ön söz»ü AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov yazıb. O, kitabı «ədəbiyyatımıza şöhrət gətirə biləcək əsər» kimi qiymətləndirib.

Kitabın sonunda oxuculara yazıçının qələmə aldığı digər tarixi romanlar, kitablar haqqında bilgi verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG