Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Dərbənddə ravvinə hücum edilib


Dağıstanın Dərbənd şəhərində ravvin Artur İsakova silahlı hücum edilib. Nəticədə o güllə yarası ilə xəstəxanaya düşüb.

Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, o cümə axşamına keçən gecə maşından çıxıb evinə gedərkən naməlum adam tərəfindən güllələnib. Nəticədə o döş nahiyəsindən ağır güllə yarası alıb.

İstintaq bunun onin dini fəaliyyəti ilə bağlı olduğunu istisna eləmir. Faktla bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG