İyulun 25-dən 26-na keçən gecə saat 00:00-dən etibarən 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzibati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Əlavə olaraq bildirilir ki, Sumqayıtdan 20 Yanvar dairəsi istiqamətində avtomobil tunelindən keçərək şəhər istiqamətində körpünün üzəri ilə də avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.