Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:59

«Yandex»in həmtəsisçisi ölüb


Ilya Segalovich
-
«Yandex» axtarış portalını yaradanlardan biri Ilya Segalovich iyulun 24-dən 25-ə keçən gecə qəflətən vəfat edib.

Bu barədə «Yandex» portalına istinadən «Forbes» məlumat yayıb.

49 yaşlı həmtəsisçinin ölüm səbəbləri bəlli deyil. Məlumatda deyilir ki, Segalovich mədə xərçəngindən əziyyət çəksə də, vəziyyəti kritik həddə deyilmiş.

Rusiyanın «Yandex» axtarış portalını 1997-ci ildə üç nəfər təsis edib. Ilya Segalovich həmtəsisçisi olduğu portalda texniki direktor postunu tuturdu.
XS
SM
MD
LG