Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:59

İspaniyada qatar qəzasında azı 77 nəfər ölüb


İspaniyanın şimal-qərbində sürət qatarının qəzaya uğraması nəticəsində azı 77 nəfərin öldüyü, 140-dan çox xəsarət alanın olduğu bildirilir. Sərnişinlərdən yalnız dördü xəstəxanada ölüb, qalanlarının qatarda meyiti aşkarlanıb.

Qəza ötən gecə Qalisiya regionunda dəmiryol stansiyası yaxınlığında baş verib. Paytaxt Madriddən El Ferrola gedən qatar relsdən çıxıb. Bütün gecə axtarış-xilasetmə işləri aparılıb.

İspaniyanın baş naziri Mariano Rajoy-un bu gün qəza bölgəsinə səfəri planlaşdırılır. Rəsmilər hadisənin terrordan çox qəza olduğu fikri üzərində dayanır. Hələ ki, faktla bağlı araşdırmalar gedir.

Bu, son 40 ildə İspaniyada baş verən ən böyük dəmiryol faciəsidir.
XS
SM
MD
LG