Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 23:19

Müəllimlərin işə qəbulu üzrə test imtahanları başlayır


-

İyulun 25-dən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə test imtahanları başlayır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçirilir.

İmtahanlar avqustun 7-dək hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək aparılacaq. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq. Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq.

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində ayrılmış 3286 vakant yerə 18.782 nəfər ərizə ilə müraciət edib.

Bu il müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG