Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:00

Hizbullah Avropa Birliyinin qərarını pisləyib


Foto arxiv
Foto arxiv
Livandakı Hizbullah qrupu hərbi qanadının terrorçu təşkilat hesab olunması ilə bağlı Avropa Birliyinin qərarını ədalətsiz və təcavüzkar qərar adlandırıb. Təşkilatın yaydığı bəyanatda deyilir ki, qərar ABŞ və İsrailin təzyiqi ilə qəbul edilib.Qərar xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə qəbul edilib.

Vaşinqton Avropa Birliyinin qərarını alqışlayıb.Qeyd edək ki, ABŞ və bir sıra qərb ölkələri Hizbullahı terrorçu təşkilat hesab edirlər.

İranın dəstəklədiyi bu şiə qrupu xüsusilə Suriya münaqişəsində iştirakda ittiham olunur.
Qrup bu münaqişədə Suriya rejiminin tərəfindən vuruşur.
XS
SM
MD
LG