Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 15:07

Hizbullahın hərbi qanatı terrorçu təşkilat sayıla bilər


Catherine Ashton
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Hizbullah qrupunun hərbi qanadını terrorçu təşkilat hesab etmək razılığına gəliblər. Belə bir qərar bu gün Brüssel görüşündə əldə olunub.Qərarı birliyin üzvü olan bütün 28 ölkə təsdiqləməlidir.

Bu qrup, ötən il Bolqarıstanda 5 israilli turistin ölümüylə nəticələnən terror aktı, habelə Suriya münaqişəsində iştirakda ittiham olunur.

Şiə qrupu olan Hizbullah Suriya münaqişədə Sprezident Bashar Assadın tərəfini saxlayır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə bu gün Moskvada Suriyanın baş nazir müavini Kadri Jamillə görüşüb. O suriyadakı vəziyyətin siyasi müstəviyə keçməsinin vacibliyini qeyd edib.

BMT-nin məlumatına görə iki ildən çoxdur ki, davam edən Suriya münaqişəsində azı 100 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG