Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:29

«Şərq Tərəfdaşlığı» ölkələri nazirlərinin görüşü keçiriləcək


İyulun 22-də Brüsseldə «Şərq Tərəfdaşlığı» ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

İclasda bu il noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək «Şərq Tərəfdaşlığı» sammitinə hazırlıq işləri, AB-nin qonşuluq siyasəti, Yaxın Şərqdə, Somali və Malidə baş verən proseslər, Cenevrə-2 sülh konfransına hazırlıq kimi məsələlər nəzərdən keçiriləcək.

İyulun 23-də Parisdə E. Məmmədyarovun Fransa xarici işlər naziri Laurent Fabius-la görüşü də planlaşdırılıb.
XS
SM
MD
LG