Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:46

John Kerry Ramallahda Mahmud Abbasla görüşür


John Kerry
ABŞ Dövlət katibi John Kerry İsrail-Fələstin sülh danışıqlarınə bərpa etmək məqsədilə İordan çayının qərb sahilinə gedir. Onun Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşü nəzərdə tutulub.

Kerry bundan əvvəl Ammanda danışıqlarda Fələstini təmsil edən Saeb Arakatla görüşüb.Məlumatlara görə, Fələstin tərəfi danışıqları bərpa etmək üçün İsrailin 1967-ci il sərhədlərini tanımasını tələb edir. İsrail isə danışıqların heç bir şərtsiz bərpasını təkid edir.

Bu martdan bu yana Kerrynin regiona 6-cı səfəridir.

İsrail-Fələstin danışıqları 2010-cu ildən dayandırılıb. Buna səbəb İsrailin işğal etdiyi Fələstin ərazilərində tikinti işlərini davam etdirməsidir.
XS
SM
MD
LG