Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 05:28

Saxta diplomları aşkarlamağın yolunu açıqladı


-
Təhsil Nazirliyi Azərbaycanda hər hansı ali təhsil müəssisəsinə aid olmayan saxta diplomların necə müəyyən edildiyini açıqlayıb.

Nazirlikdən apa-ya verilən xəbərə görə, diplomların həqiqiliyi və ya saxta olması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının «Tələbə-məzun elektron məlumat bazası» vasitəsilə, Təhsil Nazirliyində aparılmış qeydiyyat sənədlərinə və müvafiq təhsil müəssisəsinə yönəldilmiş sorğuların cavablarına əsasən müəyyənləşdirilir.

Təhsil sənədləri müvafiq işə qəbul zamanı təqdim edildikdə və vətəndaşların müraciətlərinə əsasən yoxlanılır.
XS
SM
MD
LG