Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:34

Rusiyada Navalnyya dəstək aksiyaları keçirilir


Moskvada aksiya
Moskvada aksiya
Aleksei Navalynyn tərəfdarları Moskvanın Manejnaya meydanı və Sankt-Peterburqda etiraz aksiyasına çıxıblar. Artıq hər iki şəhərdə onlarla aksiyaçının saxlandığı xəbər verilir.

Twitterdə gedən məlumatlara görə, polis metrodan Manejnaya meydanına açılan çıxışı bağlayıb. İnterfax-ın məlumatına görə isə xüsusi təyinatlı polis dəstələri meydana girişləri metal sədlərlə bağlayıb.

Hakimiyyət icazəsiz aksiyaya imkan verilməyəcəyini xəbərdarlıq edib.Artıq Moskvada bir neçə aksiyaçının saxlandığı xəbər verilir.

Həmçinin Samara, və Kalininqradda etiraz aksiyaları planlaşdırılıb.Bundan başqa Tomskda Navalnyının həbsinə etiraz olaraq gəzinti təşkil edilib.Vladivostokda da tətk-tək piketlər keçirilib.

Kirov şəhər məhkəməsi bu gün müxalifət xadimi və korrupsiyadan yazan Navalnynı 5 il azadlıqdan məhrum edib.

Vəkil qərardan şikayət veriləcəyini deyir.
XS
SM
MD
LG