Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Naxçıvan müxalifətçiləri Milli Şurada təmsil olunmaq istəyirlər


Arxiv foto: Naxçıvanda siyasi fəallar
Arxiv foto: Naxçıvanda siyasi fəallar
-

Müxalifət partiyalarının Naxçıvan təşkilatları və bir qrup yerli QHT təmsilçiliklə bağlı Milli Şuraya müraciət göndərib. Bu haqda AzadlıqRadiosuna AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib. Onun sözlərinə görə, bu müraciət adıçəkilən qurumların toplantısında qəbul olunub:

«Müsavat, ACP, AXCP,VHP və «Demokratiya və QHT-nin İnkişafı» Resurs Mərkəzi toplantı keçirdik. Milli Şuraya dəstək və həmrəylik məqsədilə Naxçıvanın demokratik qüvvələrinin Milli Şurada təmsil olunması məsələsini müzakirə etdik. Qərara gəldik ki, bizi bu qurumda İctimai Palatanın üzvü Həsən Şıxəliyev təmsil etsin. Onun Milli Şuraya üzv qəbul olunması ilə bağlı müraciət qəbul etdik. Ümid edirik ki, müraciətimiz müsbət qarşılanacaq».

Həsən Şıxəliyev AXCP Naxçıvan MR şöbəsi sədrinin müavinidir.
XS
SM
MD
LG