Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:46

Jurnalistlərə mənzillər püşkatma yolu ilə veriləcək


Bakı şəhərində jurnalistlər üçün inşa olunmuş yaşayış binasında mənzillərin bölgüsü püşkatma yolu ilə müəyyənləşdiriləcək. Bu barədə APA-ya Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli məlumat verib.

V. Səfərlinin sözlərinə görə, yaxın günlərdə mənzil veriləcək jurnalistlərin siyahısı təsdiqlənəcək. Binanın açılışı iyulun 22-də olacaq və açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilir: «Açılış mərasimindən sonra mənzil verilən jurnalistlər arasında püşkatma keçiriləcək. Jurnalistlərin 2 və ya 3 otaqlı mənzilə sahib olması əvvəlcədən məlum olacaq, sadəcə həmin mənzilin mərtəbəsi, yerləşdiyi blok püşkatma yolu ilə müəyyən olunacaq”.

Mənzil alan jurnalistlərə bir gün öncə tədbirdə iştirakla bağlı dəvətnamə veriləcək: «İyulun 22-də səhər saat 08:00-da jurnalistlər Mətbuat Evinin qarşısından hər il olduğu kimi Fəxri Xiyabana yola düşəcək. Burada ulu öndər Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdikdən sonra binanın açılış mərasiminə qatılacaqlar. Həmin gün axşam isə paytaxtın «Min bir gecə» restoranında bayram tədbiri olacaq».

V. Səfərli artıq binanın yaşayış üçün tam hazır olduğunu, ətrafının abadlaşdırıldığını qeyd edib.
XS
SM
MD
LG