Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:36

Birləşmiş Ştatlar Snowden-i tələb edir


Ağ Ev bir daha Moskvaya müraciət edib ki, ABŞ kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edward Snowden-i təhvil versin. Snowden Rusiyadan müvəqqəti sığınacaq istəyib. Ağ Evin sözçüsü Jay Carney çərşənbə axşamı deyib ki, o, «hüquq müdafiəçisi, yaxud siyasi təqibdən qorunan dissident deyil».

Carney bildirib ki, Snowden Birləşmiş Ştatlara qayıtmalı və hökumət mülkiyyətini oğurlamaq və məxfi məlumat yaymaq ittihamları ilə mühakimə olunmalıdır.

Rusiyanın Federal Miqrasiya Xidməti bildirir ki, Snowden-in sığınacaq üçün müraciətinə üç ay ərzində baxacaq.

Snowden iyunun 23-dən Hong Kong-dan Moskvaya gəlib və Şeremetyovo aeroportunda tranzit ərazisində qalır. Vaşinqton onun ABŞ pasportunu ləğv edib.
XS
SM
MD
LG