Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Nazirlik qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edir


Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyi həddindən artıq qeydə alındığı üçün həmin ölkələrdən bu xəstəliklərin ölkəyə gətirilmə ehtimalı var. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Gürcüstanda qızılca xəstəliyi həddindən çox qeydə alınır. Azərbaycanla qonşu olan Türkiyə və Rusiyada da qızılcaya yoluxma halları var. Mərkəz rəsmisi hazırda Azərbaycanda da qızılcaya yoluxma halının az da olsa qeydə alındığını söyləyib:

«Bizdə də tək-tük hallarda qızılca halları var. Bunu danmaq lazım deyil. Bizdə peyvəndi olmayan uşaqlar, 2006-cı ildə məxmərək və qızılcaya qarşı aparılan kampaniyada iştirak etməkdən imtina etmiş və müxtəlif səbəblərə görə peyvənd ala bilməyən böyük yaşlı əhali qızılcaya yoluxub. Buna görə də qızılcaya qarşı peyvənd olunmaq lazımdır. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Tibb müəssisəsinə müraciət edərək uşağını peyvənd etdirsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır».
XS
SM
MD
LG