Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Morsiyə qarşı şikayətlər araşdırılır


-
Misirin devrilmiş prezidenti Mohamed Morsi-yə qarşı şikayətlər araşdırılır. Bu barədə Misir prokurorları məlumat yayıb. Bu iddialara casusluq, ölümcül zorakılıq və iqtisadiyyatın dağıdılması daxildir.
Prokurorluğun yaydığı bəyanatda Morsi-yə, Müsəlman Qardaşlığının rəhbəri Mohamed Badie və daha yeddi nəfərə qarşı şikayətlər alındığı bildirilir. Hələ adları çəkilməyənlər də var.
Şikayətlər cinayət işinin açılması üçün ilk addımdır, müstəntiqlərə araşdırmaya başlamaq imkanı verir.
Ordudan Morsi-ni geri qaytarmaq tələbini edənlər də var. Ordunun iyulun 3-də devirdiyi Morsi-yə qarşı hələlik ittiham irəli sürülməyib.
Ötən həftə Birləşmiş Ştatlar və Almaniya da Morsi-nin azadlığa buraxılmasına çağırıb.
XS
SM
MD
LG