Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

III ixtisas qrupu üzrə qəbul imtahanıdır - [Video]


III ixtisas qrupu üzrə qəbul imtahanıdır
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

III ixtisas qrupu üzrə qəbul imtahanıdır

-
İyulun 14-dən ölkə üzrə ali və orta məktəblərə qəbul imtahanları başlayıb. Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
TQDK-nın məlumatına görə, imtahan Bakı və daha 10 şəhərdə keçirilir. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunub.
Bu il III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini qızlar təşkil edir.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. 179 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
İmtahan saat 11:00-da başlayıb 3 saat ərzində aparılacaq. İmtahandan dərhal sonra müstəqil ekspertlər III ixtisas qrupu üzrə test suallarının ekspertizasını aparacaq. Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra, avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG