Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 11:15

“Binə” ticarət mərkəzindəki aksiyada saxlananların məhkəməsi başlayır


Binə ticarət mərkəzində etiraz aksiyası
Bu gün Qaradağ rayon Məhkəməsində yanvarın 19-da “Binə” ticarət mərkəzində keçirilən etiraz aksiyasında saxlananların məhkəməsinə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə növbəti proses iyulun 15-nə təyin edilib.

Həmin aksiya zamanı 10 nəfər saxlanıb. Onlar xüliqanlıq və polisə müqavimət gəstərməkdə ittiham olunurlar.

Qeyd edək ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində işləyən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara yolunun ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG