Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Qəbul imtahanları zamanı ilk dəfə helikopterlərdən istifadə ediləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin müavini Namiq Babayev iyulun 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, helikopterlər vasitəsilə imtahan materiallarının vaxtında yerlərə çatdırılması təmin ediləcək.

APA-nın məlumatına görə N. Babayev qeyd edib ki, bu il də ali məktəblərə qəbul imtahanları bütün yerlərdə saat 11:00-da başlayacaq:

«Bu il ilk dəfə olaraq, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göyçay, Şirvan, Lənkəran, Mingəçevir, Qubada keçiriləcək. Paytaxtından yerlərdə keçiriləcək imtahanlarda materialların çatdırılması helikopterlər vasitəsilə həyata keçiriləcək».

TQDK sədrinin müavini qeyd edib ki, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi zamanı onların yaş qrupları nəzərə alınacaq. 18 yaşına kimi abituriyentlər eyni, 18-20 yaşlı abituriyentlər eyni, 20 yaşdan yuxarı abituriyentlər eyni otaqda yerləşdiriləcək.
XS
SM
MD
LG