Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:07
-

İrlandiya Parlamenti ilk dəfədir müəyyən şərtlər altında aborta icazə verib. Aylardır katolik ölkəsində bu mövzu ətrafında qızğın müzakirələr gedirdi.

Qanuna görə, aborta yalnız həkim hamilə qadının həyatının təhlükədə olduğu qənaətinə gəldiyi halda icazə verilə bilər.

İrlandiya Baş Naziri Enda Kenny-nin hökuməti ötən il bir irland qadının qan zəhərlənməsi nəticəsində yaşamını itirməsindən sonra bu qanun layihəsini hazırlayıb.

Katolik mühafizəkarlar Kenny-nin partiyasını 2011-ci ildə seçki kampaniyası zamanı abortu qanuniləşdirməmək haqda vədinə əməl etməməkdə ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG