Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 06:08

Bakıda atışma olub


Foto arxiv
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.30 radələrində rayonun Şərifzadə küçəsində, “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında baş verib.

Ərazidə atışma olması barədə polisə məlumat verilib və hadisə yerinə gələn polis əmıəkdaşları şahidlərdən ifadə alıb.Məlum olub ki, atışmadan sonra iki nəfər yaralı şəxs avtomobiləoturaraq aradan çıxıblar.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, “Ağ Çiçəyim” şadlıq evinin qarşısına çağırış olub. Çağırış yerinə gedən həkimlər iki yaralı görsələr də onlar çağırışdan imtina edib və başqa maşına oturaraq ərazidən uzaqlaşıblar.

Hazırda polis paytaxtın bütün xəstəxanalarında araşdırma aparır. Hələlik hadisə barədə əlavə məlumat yoxdur.
XS
SM
MD
LG