Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Misir İranın bəyanatını tənqid edib


Hazem el-Beblawi
Hazem el-Beblawi
Misir İranı onun daxili işlərinə qarışmaqda tənqid edib.İran ötən bazar ertəsi islamçı prezident Mohammad Morsinin devrilməsini pisləyib və burda başqa əllər olduğunu bəyan edib. Misirin xarici işlər nazirliyi bu gün İranın bu bəyanatından dərin narahatlıq bildirib.

Bu 2012-ci ildə Mohammad Morsinin hakimiyyətə gəlməsindən sonra yaxınlaşan münasibətlərin yenidən soyuqlaşmasından xəbər verir. İran prezidenti Mahmud Ahmedinejad bu ilin fevralında Qahirəyə rəsmi səfər edib ki, bu İran liderinin 30 ildən çox bir müddətdə bu ölkəyə ilk səfəridir.

Amma Suriya məsələsində hələ də iki ölkə arasında dərin fikir ayrılğı mövcuddur.Əsasən şiə ölkəsi olan İran bu münaqişədə prezident Bashar Assadın, sünni ölkəsi Misir isə üsyançıların tərəfini saxlayır.
XS
SM
MD
LG