Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:18

Gəncədə gənclərin məşğulluğuna dair forum keçiriləcək


Arxiv foto: Gəncə
Arxiv foto: Gəncə
İyulun 13-14-də Gəncədə «Gənclərin Məşğulluğunda Şəbəkələşmə» adlı forum keçiriləcək. Forumda 100-dən çox iş axtaran gəncin iştirakı gözlənilir.

2 günlük foruma 10-dan artıq şirkət, ali məktəblər, QHT-lər, Tələbə Gənclər Təşkilatları qatılacaq.

Forumun məqsədi ekspert və şirkət nümayəndələrini Azərbaycanın müxtəlif regionlarından olan forum iştirakçıları ilə bir araya gətirməkdir.
XS
SM
MD
LG