Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

Alexei Navalnynin seçki qərərgahının əməkdaşı saxlanıb


Alexei Navalny
Alexei Navalny
Moskvada Alexei Navalnynın seçki qərərgahının əməkdaşı, Həmrəylik hərəkatının üzvü Nikolai Lyaskin saxlanıb.

Bu müxalifətçilər şəhərin mərkəzində gəzintiyə çıxarkən baş verib. Navalny və onun əməkdaşları aksiya çərçivəsində təşviqat vərəqələri yayırmışlar. Onu polis bölməsinə aparıblar.

Alexei Navalny bundan əvvəl Moskva şəhər seçki komissiyasına Moskva merliyinə namizədliklə bağlı imza siyahısı və digər sənədlər təqdim edib. O binadan çıxarkən saxlansa da bir qədər sonra sərbəst buraxılıb.
XS
SM
MD
LG