Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 12:13

"Yazı" dərgisinin yeni sayı gəlir


-

“Yazı” ədəbiyyat dərgisinin 7-ci sayı işıq üzü görüb.

Nəsr bölməsində Cavidanın “Rozariya” və Fərhad Yalquzağın “Dumana qarşı” romanları, Şahnaz Kamal, Ülviyyə Tahir, Həmid Piri, Arzu Həmzə, Azad Qaradərəli, Ruqiyyə Səfərinin hekayələri çap olunub.

“Bir kitab şeir” başlığında İradə Aytelin, poeziya başlığında isə oxucular Feyziyyə, Sara Selcan, Könül Həsənqulu, Səxavət Sahil, Taleh Eminoğlu, Aytən Nəsibbəyli, Məsumə Əhədovanın, Xəzangül və Aybəniz Əliyarlının şeirlərini oxuya biləcəklər.

“Sözümüzün yiyələri” adı altında Y.V.Çəmənzəminlinin bir hekayəsi və Eldar Baxışın şeirləri oxuculara təqdim olunur.

Çevirmə başlığında V.Hüqonun, B.Rasselin, İ.V.Hötenin və R.U.Emersonun, orjinaldan tərcümədə isə Q.Markesin, S.Moemin, Ş.Andersonun əsərləri dərc olunub.

Dərginin essestika bölümündə Niyazi Mehdinin və Rahid Uluselin elmi-fəlsəfi yazıları yer alıb.

“Palirta” bölümü rəssam Fərhad Yalquzağın rəsmlərinə həsr olunub.

“Yazı” dərgisinin yeni sayını həftənin sonunda “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.
XS
SM
MD
LG