Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:42
Hazem al-Beblavi keçmiş maliyyə naziri və liberal iqtisadçıddır.

Liberal müxalifətçi, Nobel sülh mükafatçısı Mohammed al Baradei isə xarici məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin edilib.

Bunu müvəqqəti prezident Adli Mansourun mətbuat xidməti bəyan edib.
Adly Mansour prezident və parlament seçkilərinin təyin edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən 15 gün ərzində Konstitusiya Şurası çağırılmalı və konstitusiyaya düzəlişlər hazırlamalıdır. Bu dəyişikliklər 4 ay ərzində referendumla təsdiqləndikdən sonra isə fevralda ölkədə yeni parlament , bundan sonra isə prezident seçkisi keçirilməlidir.

Misir ordusu ötən həftə islamçı prezident Mohamed Morsini devirib. Bundan sonra ölkədə baş verən toqquşmalarda onlarla adam ölüb.

ABŞ hərbçiləri maksimum səbirli olmağa çağırıb.

Devrilmiş prezident Mohammad Morsinin təmsil olunduğu Müsəlma qardaşları hərəkatı tərəfdarlarını nümayişə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG