Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

Yazıçı Gülhüseyn Hüseynoğlu vəfat edib


Nasir, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu iyulun 8-i gecə saatlarında vəfat edib.

1923-cü il oktyabrın 16-da Masallıda anadan olan Gülhüseyn Hüseynoğlu Bakıda böyüyüb, orta təhsilini paytaxtda alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən Gülhüseyn Hüseynoğlu aspiranturaya qəbul olunub, lakin tutularaq 25 il azadlıqdan məhrum edilib.

1956-cı ildə o, tam bəraət alaraq aspiranturaya bərpa edilib, universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub.

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınan yazıçı otuza yaxın kitabın müəllifidir. /Mediaforum/
XS
SM
MD
LG