Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

İlham Əliyev «İlin dövlət başçısı» seçilib


Arxiv fotosu. İyun 2013. Brüssel
Arxiv fotosu. İyun 2013. Brüssel
Prezident İlham Əliyev İƏT coğrafiyasında «İlin dövlət başçısı» seçilib.

«AzərTAc»ın məlumatına görə, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən İlham Əliyev İƏT coğrafiyasında «İlin dövlət başçısı» seçilib. Bu haqda xəbər agentliyinə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan bildirilib.

Qərarı elan edən İƏT Modeli Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqut bildirib ki, İlham Əliyev «İlin dövlət başçısı» seçilərkən onun rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.
XS
SM
MD
LG