Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Xilasedicilər pələnglərdən ağacın başında gizlənənləri axtarır



İndoneziya polsinin məlumatına görə xilasedicilər ötən həftə pələnglərin qorxusundan ağaca dırmanıb günlərdir orada qalan 5 nəfəri axtarırlar.

Rəsmilər bildirirlər ki, yerli sakinlərdən bir qrupu parfumeriyada istifadə olunan nadir ağac növlərindən toplamaq üçün Sumatra adasında meşəyə gediblər. Onların qurduqları tələyə təsadüfən pələng balası düşüb ölüb.

Bundan sonra beş pələng həmin adamlara hücum edib. Sakinlərdən biri aldığı yaralardan ölüb, 5 nəfər isə iyulun 4-dən hündür ağaclara dırmaşıb orada qalıb. Pələnglər isə ağacın altından əl çəməyiblər.

Bu məlumatları ağaca çıxan sakinlər mobil telefonla yaxınlarına bildiriblər.

Amma meşəyə gedən xlasedicilər hələlik ağacın başında qalan adamları tapa bilmirlər.
Sumatra pələngləri olduqca təhlükəli növdən hesab olunurlar. Təbiətdə onlardan cəmi 400-ünün qaldığı guman edilir.
XS
SM
MD
LG