Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 21:45

John Kerry-nin xanımı xəstəxanaya düşüb



ABŞ-ın Dövlət Katibi John Kerry-nin xanımı Teresa Heinz Kerry Massaçusetts ştatında xəstəxanaya yerləşdirilib. 74 yaşlı qadının səhhətində problem haqqında ətraflı məlumat verilmir. Yalnız həkimlər bildiriblər ki, xəstəxanaya gətiriləndə onun vəziyyəti ağır olsa da indi sabitləşib.

Rəsmilər John Kerry-nin xanımının yanında olduğunu bildirirlər.

Heinz Kerry 1991-ci ildə vertolyon qəzasında həlak olmuş senator John Heinz-in dul xanımıdır. Məşhur Heinz ərzaq şirkətinin sahibi olan xanım Teresa xeyriyyə işlərinə ilə tanınıb. O, 1995-ci ildə John Kerry ilə evlənib.
XS
SM
MD
LG