Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 02:19

ABŞ-da qəzaya uğramış təyyarənin pilotu hələ təlimdə imiş



Cənubi Koreyanın Asiana Hava Yolları ötən şənbə San-Fransiskoda qəzaya uğrayan təyyarənin pilotunun hələ təlimdə olduğunu bildirir. Şirkətin məlumatına görə pilot hələ Boeing 777 təyyarəsini sürməyi öyrənirmiş.

Qəzada Çin vətəndaşları olan iki yeniyetmə həlak olub, onlarla adam da yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.

ABŞ mütəxəssisləri də bildiriblər ki, qəzadan 1.5 saniyə əvvəl təyyarənin pilotları enməkdə olan təyyarəninin sürətini artırıb onu havaya qaldırmağa çalışıblar.

Seuldan San-Fransiskoya uçan və içərisində 307 nəfər olan təyyarə uçuş zolağının kənarına çırpılıb.
XS
SM
MD
LG